Maliyyə Nazirliyinin ADRNF-yə idarəetməyə verilən vəsaitləri artırılıb

Maliyyə Nazirliyinin ADRNF-yə idarəetməyə verilən vəsaitləri artırılıb
# 10 iyun 2022 13:57 (UTC +04:00)

Maliyyə Nazirliyi tərəfindən Dövlət Neft Fonduna idarəetməyə verilən vəsaitlər hesabat ilində xalis olaraq 272,5 mln ABŞ dolları artaraq 1 108,4 mln ABŞ dollarına çatdırılıb, gəlirlilik isə 0,49 mln. ABŞ dolları və ya 0,04% təşkil edib.

APA-nın xəbərinə görə, bu “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Rəydə qeyd edilib ki, 2020-ci il 31 dekabr tarixinə Maliyyə Nazirliyinin Fonda idarəetməyə verdiyi vəsait qalığı 835,4 mln. ABŞ dolları olub, 2021-ci il ərzində Maliyyə Nazirliyi tərəfindən xalis olaraq 272,5 mln. ABŞ dolları məbləğində vəsait Fonda köçürülüb. İl ərzində idarəetmədən 0,5 mln. ABŞ dolları məbləğində (0,04%) gəlir əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR