Masallı rayonunun iki kəndinin elektrik şəbəkəsi yenidən qurulur - VİDEO

Masallı rayonunun iki kəndinin elektrik şəbəkəsi yenidən qurulur - VİDEO
# 30 iyun 2022 12:43 (UTC +04:00)

Masallı rayonunun Eminli və Ərəb kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində 171 abonenti olan Eminli kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq, 12 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.

Masallının Ərəb kəndində də yenilənmə işlər davam etdirilir. 156 abonenti olan kənd ərazisində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 7 km-a yaxın 10 kV-luq, 10 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Masallı rayonunun Eminli və Ərəb kəndləri ilə yanaşı, rayonun Xırmandalı və Mollaoba kəndlərində də yenidənqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2000-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR