Moldova Baş naziri Azərbaycanda qaz tədarükünü müzakirə edəcək

Nataliya Qavrilitsa

© APA | Nataliya Qavrilitsa

# 22 sentyabr 2022 12:28 (UTC +04:00)

Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın birinci yarısında Azərbaycanda səfəri zamanı ölkəsinə qaz tədarükünü müzakirə etmək niyyətindədir.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, Baş nazir bu il oktyabrın 10-12-də Azərbaycanın paytaxtında keçiriləcək ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində Bakıya səfər edəcək.

Məlumata görə, müzakirə olunan məsələlər arasında Azərbaycandan təbii qazın idxalının mümkünlüyü də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR