"Moody's”: Neftə tələbat ilin axırına pandemiyadan əvvəlki həcmi ötəcək

"Moody
# 07 yanvar 2022 10:22 (UTC +04:00)

Neft və qaza olan qlobal tələbatın bərpası 2022-ci ildə davam edəcək və ilin sonu üçün COVID-19 pandemiyasından əvvəlki göstəriciləri ötəcək.

Bu barədə “APA-Economics "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin proqnozuna istinadən xəbər verir.

Proqnozda qeyd olunur ki, bununla belə, yanacağa olan nisbətən yüksək tələbat hazırda yavaş-yavaş formalaşan dekarbonizasiya səylərinə manelər yaradır.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesablamalarına əsasən, 2019-cu ildə neftə olan ortalama gündəlik qlobal tələbat 99,97 mln. barel, 2020-ci ildə isə 90,98 mln. barel təşkil edib.

OPEC-ın 2021-ci və 2022-ci illər üçün verilən proqnozlara əsasən, sözügedən göstərici müvafiq olaraq 96,63 mln. barel və 100,79 mln. barel səviyyəsində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR