"Moody's" SOCAR-ın reytinqini yüksəldib

"Moody
# 10 avqust 2022 16:03 (UTC +04:00)

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) reytinqini Ba2-dən Ba1 səviyyəsinə yüksəldib, proqnozu müsbətdən stabilə dəyişib.

"APA-Economics" reytinq agentliyinə istinadən xəbər verir ki, "Moody's" bu gün SOCAR-ın korporativ ailə reytinqi (CFR) və yüksək təminatsız reytinqi daxil olmaqla, reytinqini Ba2-dən Ba1-ə yüksəldib. Eyni zamanda, "Moody's" SOCAR-ın əsas kredit qiymətləndirməsini (BCA) b1-dən ba3-ə və defolt reytinqinin (PDR) ehtimalını Ba2-dən Ba1-ə yüksəldib.

Bildirilib ki, bugünkü reytinq suveren reytinq fəaliyyətinə uyğundur və SOCAR-ın dövlətlə güclü kredit əlaqələrini, eləcə də Azərbaycanın əməliyyat və makroiqtisadi mühitinə əhəmiyyətli dərəcədə bağlılığı əks etdirir.

“Pandemiyaya baxmayaraq, iqtisadi dirçəliş və yüksək karbohidrogen qiymətləri fonunda ehtiyatlı fiskal idarəetmə sayəsində fiskal göstəricilər güclü olaraq qalıb və gözləniləndən daha tez yaxşılaşır. “Moody's”, hökumətin antiinflyasiya tədbirlərinin və Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) proaktiv makroiqtisadi siyasətinin Rusiya-Ukrayna böhranı nəticəsində daha da kəskinləşən inflyasiya risklərinin qarşısını alacağını gözləyir. Nəticədə, SOCAR üçün əməliyyat və makroiqtisadi mühit onun kredit profilini dəstəkləyərək tədricən yaxşılaşacaq”, - deyə “Moody's” əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR