“Morgan Stanley” neftin qiyməti üzrə proqnozunu endirib

“Morgan Stanley” neftin qiyməti üzrə proqnozunu endirib
# 13 sentyabr 2022 13:35 (UTC +04:00)

“Morgan Stanley” transmilli maliyyə korporasiyası 2022-ci ilin üçüncü və dördüncü rübləri üçün “Brent” markalı etalon neftin bir barelinin qiyməti üzrə proqnozunu müvafiq olaraq 12 və 5 ABŞ dolları endirib.

APA-Economis”in xarici mətbuata istinadən verdiyi məlumata görə, inflyasiyanın sürətlənməsi və tələbin artım templərinin azalması ilə əlaqədar “Morgan Stanley” “Brent” neftinin qiyməti üzrə proqnozunu üçüncü rüb üçün 98 dollaradək, dördüncü rüb üçün isə 95 dollaradək azaldıb.

Buna baxmayaraq, gələn ilin ikinci rübündə qiymətlər artacağını fərz edərək, “Morgan Stanley” 2023-cü il üçün “Brent”in qiyməti üzrə rüblük proqnozlarını dəyişməyib və onları 100 dollar və daha yuxarı səviyyədə saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR