“Morgan Stanley” neftin qiyməti üzrə proqnozunu yüksəldib

“Morgan Stanley” neftin qiyməti üzrə proqnozunu yüksəldib
# 22 aprel 2022 16:15 (UTC +04:00)

“Morgan Stanley” transmilli maliyyə korporasiyası 2022-ci ilin üçüncü və dördüncü rübləri üçün “Brent” markalı neftin bir barelinin qiyməti üzrə proqnozunu 10 dollar yüksəldib.

APA-Economis”in xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq üçüncü rübdə dünya bazarında təklifin çatışmazlığı səbəbindən “Brent” neftinin qiyməti bir barel üçün 130 dollaradək yüksələcək.

“Morgan Stanley”in mütəxəssislərinin fikrincə, 2022-ci il ərzində qlobal neft bazarında gündəlik tədarükdə təxminən 1 mln. barel defisit müşahidə ediləcək.

İlin dördüncü rübündə analitiklər neftin qiymətini bir barel üçün 120 dollar, 2023-cü ildə isə 105 dollar səviyyəsində olacağını proqnozlaşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR