Naxçıvanda külək və günəş elektrik stansiyalarının tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda külək və günəş elektrik stansiyalarının tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb
# 03 iyun 2023 12:39 (UTC +04:00)

Energetika Nazirliyi və “TotalEnergies Renewables SAS” şirkəti arasında “250 MVt gücündə quruda külək, Naxçıvan MR-da 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

APA xəbər verir ki, imzalanma mərasimi Naxçıvan şəhərində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən xüsusi sessiyada baş tutub.

Bundan başqa, nazirlik və "Nobel Energy Management" MMC arasında “Naxçıvan MR-da 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR