Naxçıvanda sənayenin kreditləşməsi 30%-dan çox artıb

Naxçıvanda sənayenin kreditləşməsi 30%-dan çox artıb
# 21 aprel 2022 11:05 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 6,122 mln. manat kredit verilib.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu, bir il öncəki göstəricidən 30,3% çoxdur.
Rüb ərzində muxtar respublikada 263,789 mln manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,5% üstələyib.
Sənaye məhsulu istehsalının 92,8%-i malların, 7,2%-i isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,8% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR