Nazir: "Almaniya 55 faiz Rusiya qazından asılıdır”

Robert Habek

© APA | Robert Habek

# 26 yanvar 2022 19:10 (UTC +04:00)

Rusiyadan Almaniyaya qazın əsas həcmi Ukrayna və Polşa ərazisindən deyil, “Şimal axını 1” boru kəməri ilə daxil olur.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu mətbuat konfransında Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek deyib.

O bildirib ki, təchizatla bağlı bütün müqavilələr istifadədir: "Almaniya Rusiya qazından təxminən 55% asılıdır”.

Almaniyalı nazir bildirib ki, Rusiya qazının tədarükü ilə bağlı bütün razılaşmalara əməl olunur, lakin bu tədarüklər artıq nə Ukraynadan boru kəməri ilə, nə də Yamal-Avropa vasitəsilə Polşa ərazisindən keçir. Bunun böyük hissəsi “Şimal axını 1” vasitəsilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR