Nazir: “Azərbaycan üçün hasilat üzrə gündəlik kvota 717 min bareldir”

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 05 sentyabr 2022 16:58 (UTC +04:00)

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara alıb.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

“”OPEC+” ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara aldı. Azərbaycan üçün gündəlik kvota (neft hasilatı üzrə - red.) 717 min bareldir”, - paylaşımda qeyd olunur.

OPEC-in məlumatına görə, “OPEC+” ölkələri nazirlər konfransı başa çatıb, alyans üzvləri oktyabr ayında gündəlik neft hasilatının 100 min barel azaldılması təklifini təsdiqləyib.

Məlumatda qeyd olunub ki, ittifaq ölkələri hasilatı sutkada 100 min barel azaltmaqla avqust ayı hasilat səviyyəsinə qayıtmağa razılaşıblar.

Sənəddə o da qeyd olunub ki, “OPEC+” ölkələrinin nazirləri bazardakı vəziyyətə cavab vermək üçün istənilən vaxt görüşləri keçirmək qərarına gəliblər. "OPEC+" çərçivəsində növbəti iclas oktyabrın 5-nə planlaşdırılıb.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçısı olan ölkələrin avqust üzrə gündəlik xam neft kvotası 43 855 min barel təşkil edir ki, bu da ixtisarların aparıldığı 2018-ci ilin oktyabr ayındakı hasilat göstəricilərinə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR