Nazir: Azərbaycan və Türkiyə Avropada dayanıqlı enerji təchizatının qarantıdır

Nazir: Azərbaycan və Türkiyə Avropada dayanıqlı enerji təchizatının qarantıdır
# 14 mart 2023 14:38 (UTC +04:00)

Azərbaycan və Türkiyə müttəfiq, regionda zəfərlə nəticələnmiş yeni geosiyasi reallıqların birgə müəllifləridir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov 26-cı Avrasiya İqtisadiyyat Zirvəsində çərçivəsində “Heydər Əliyev 100-illiyi” adlı paneldə çıxışı zamanı bildirib.

O qeyd edib ki, sözügedən Azərbaycan–Türkiyə tandemi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır, böyük coğrafiyada türk dövlətlərinin birliyinin mərkəzinə çevrilir: “Xüsusilə uğurlu çoxşaxəli enerji əməkdaşlığımız, Cənub Qaz Dəhlizi, TANAP kimi layihələrimiz sahəsində ölkələrimiz regional, Avropa miqyasında təhlükəsizlik, dayanıqlı enerji təchizatının qarantları, sabitlik, inkişaf və çoxtərəfli əməkdaşlığın təminatçısıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR