Nazir: "Azərbaycanın enerji keçidinə hazırlıq səviyyəsi yüksəkdir"

Nazir: "Azərbaycanın enerji keçidinə hazırlıq səviyyəsi yüksəkdir"
# 14 sentyabr 2022 18:05 (UTC +04:00)

Azərbaycanın enerji keçidinə (ənənəvi enerji mənbələrindən alternativ və bərpa olunan enerji mənbələrinə keçid – red.) hazırlıq səviyyəsi çox yüksəkdir.

APA-Economics”xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.

“Azərbaycan bu enerji keçidi ilə bağlı çox konkret strategiyası olan bir neçə ölkələr sırasındadır”, - nazir qeyd edib.

Onun sözlərinə görə, enerji keçidinin təxirə salınmadan, yubanmadan, lənqimədən maneəsiz həyata keçirilməsi üçün Azərbaycanın bütün imkanları var. Ənənəvi neft və qaz hasil edən ölkə olaraq, Azərbaycanın həmçinin bərpa olunan enerji mənbələrinin inkişafına dair çox iddialı proqramı və niyyətləri var. Enerjinin bu üç fərqli mənbəyindən faydalanaraq Azərbaycan enerji keçidinin daha səmərəli, sürətli və keyfiyyətli olmasını təmin edə bilər.

“Hesab edirəm ki, növbəti otuz il ərzində önəmli missiyanı yerinə yetirəcəyik, özümüz üçün, regional ölkələr üçün və bütün digər tərəfdaşlar üçün enerji təhlükəsizliyini təmin edəcəyik və bununla da biz beynəlxalq və regional əməkdaşlığa öz tövhəmizi verəcəyik. 2050-ci ilədək biz 100% yaşıl enejini təchiz edəcəyik tərəfdaşlarımıza, bu itiqamətdə çox ciddi işləyirik”, Pərviz Şahbazov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR