Nazir: BƏƏ ölkəmizin "yaşıl" prioritetlərinin icrasında mühüm tərəfdaşdır

Nazir: BƏƏ ölkəmizin "yaşıl" prioritetlərinin icrasında mühüm tərəfdaşdır
# 17 yanvar 2023 09:11 (UTC +04:00)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində BƏƏ-nin sənaye və energetika naziri Suhail Mohamed Al Mazrouei ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.

“Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində BƏƏ-nin sənaye və energetika naziri Suhail Mohamed Al Mazrouei ilə yaşıl enerji əməkdaşlığımızın inkişafını və qlobal enerji bazarlarındakı vəziyyəti müzakirə etdik. BƏƏ ölkəmizin "yaşıl" prioritetlərinin icrasında mühüm tərəfdaşıdır”, - paylaşımda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR