Nazir: "İndiyədək Azərbaycanın neft-qaz sektoruna 85 mlrd. dollara yaxın xarici investisiya yatırılıb"

Nazir: "İndiyədək Azərbaycanın neft-qaz sektoruna 85 mlrd. dollara yaxın xarici investisiya yatırılıb"
  • Clock-gray 18:08
  • calendar-gray 16 İyul 2019

“Azərbaycanın enerji siyasəti qarşılıqlı maraqlara əsaslanır və bu siyasət sayəsində indiyə kimi ölkəmizin neft-qaz sektoruna 100,6 mlrd. dollar məbləğində investisiya yatırılıb ki, bunun da, təxminən, 85 mlrd. dollara yaxını xarici investisiyanın payına düşür”.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən XIII Bakı Yay Enerji Məktəbində çıxış edərkən deyib.

Energetika naziri “Azərbaycanın enerji siyasətinin bu günü və gələcəyi” mövzusunda məruzəsində ölkənin neft-qaz, elektroenergetika sahələri üzrə siyasətindən, qlobal enerji sektorunun yeni inkişaf meyllərinə uyğun formalaşdırılan enerji siyasəti kursundan, aparılan islahatlar prosesindən və qarşıda duran hədəflərdən bəhs edib.

P. Şahbazov həmçinin qlobal enerji transformasiyası prosesinin bərpa olunan enerji və enerji səmərəliliyinin rolunu gücləndirdiyini, son illərdə dünyada enerji istehlakında elektrik enerjisinin payının artdığını söyləyib. Bərpa olunan enerjidən istifadə sahəsində və enerji səmərəliliyində əhəmiyyətli nəticələrə və elektroenergetika sektorunda bazar münasibətlərinin yaradılmasına nail olmağı ölkəmizin hazırkı və gələcək enerji siyasətinin hədəfləri kimi qeyd edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date