Nazir: "İlin sonuna Avropaya qaz tədarükümüzün 10 mlrd. kubmetrdən çox olacağı gözlənilir"

Nazir: "İlin sonuna Avropaya qaz tədarükümüzün 10 mlrd. kubmetrdən çox olacağı gözlənilir"
# 05 may 2022 14:24 (UTC +04:00)

Dayanıqlı enerji təchizatı enerji təhlükəsizliyi, diversifikasiya və yaşıl keçidin balanslaşdırılmış vəhdəti ilə mümkün ola bilər.

APA-Economics”in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.

"İlin sonuna kimi Avropaya qaz tədarükümüzün 10 mlrd. kubmetrdən çox olacağı gözlənilir", - paylaşımda qeyd olunur.

Qeyd edək ki, Pərviz Şahbazov Bolqarıstan Respublikasının energetika naziri Aleksandr Nikolovun dəvəti ilə Bolqarıstana səfər edib. Nazir mayın 5-də paytaxt Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji Təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda təşkil olunmüş Nazirlərin Dəyirmi Masasında iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR