Nazir: "İran qaz ixracından 4 ayda 4 mlrd. dollar gəlir əldə edib" 

Nazir: "İran qaz ixracından 4 ayda 4 mlrd. dollar gəlir əldə edib" 
# 27 iyul 2022 13:07 (UTC +04:00)

İranın son dörd ayda qaz ixracından əldə etdiyi gəlirlər təxminən 4 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics” İRNA-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İranın neft naziri Cavad Ovci bildirib.
"Bu ilin ilk dörd ayında (İran təqviminə görə, il 2022-ci il martın 21-də başlayıb – red.) biz neft, qaz kondensatı və qaz ixracını 55% artırdıq. Həmin dörd ayda, biz qaz ixracından təxminən 4 mlrd. dollar əldə etmişik ki, bu da bütün ötən ilin göstəricilərinə bərabərdir”, - deyə Cavad Ovci bildirib.

Qeyd edək ki, İran dünyanın ən böyük qaz yataqlarına malikdir və hasilatın böyük hissəsi daxili ehtiyacları ödəmək üçün istifadə olunur. Tehran müntəzəm olaraq bir sıra ölkələrə, o cümlədən Türkiyə və İraqa qaz tədarük edir. Bundan əlavə, 28 noyabr 2021-ci ildə Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında svop qaz tədarükünə dair üçtərəfli saziş imzalanıb. Müqaviləyə əsasən, İran vasitəsilə Türkmənistandan Azərbaycana ildə 1,5 mlrd. kubmetrdən 2 mlrd. kubmetrədək qaz göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR