Nazir: "İran təbii qazının gündəlik istehsal həcmi 2 mlrd kubmetrə çatdırılıb"

Nazir: "İran təbii qazının gündəlik istehsal həcmi 2 mlrd kubmetrə çatdırılıb"
# 02 iyun 2022 11:44 (UTC +04:00)

Dünyada enerji ilə bağlı çatışmazlıq fonunda, İran enerjiyə olan tələbatın bir hissəsini təmin etməyə hazırdır.

"APA-Economics" xəbər verir ki, bunu "Baku Energy Forum"da çıxış edərkən İran İslam Respublikasının neft naziri Cavad Ovci deyib.

O, İranın qonşu olkələr sayəsində təbii qazın nəqlini davam etdirmək niyyətində olduğunu qeyd edərək bildirib ki, hazırda 30 mln. kubmetr qaz Türkiyəyə ixrac olunmaqdadır və bu həcmin artırılması nəzərdə tutulur. "Bununla yanaşı 60 mln. kubmetr qaz İraqa nəql edilir. Ötən il Azərbaycan və Türkmənistan arasında bağladığımız müqaviləyə əsasən isə 1,5 mlrd. kubmetr qaz il ərzində nəql olunacaq", - Cavad Ovci qeyd edib.

O həmçinin əlavə edib ki, İran təbii qazının gündəlik istehsal həcmi 2 mlrd kubmetrə çatdırılıb, neft hasilatı üzrə bu göstərici 4 mln. barel təşkil edir.

"Növbəti illərdə 1,4 mlrd. kubmetr qazın hasilatı nəzərdə tutulur, xam neftinin hasilatını isə gündəlik 6 mln. barelə çatdırmaq niyyətindəyik", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR