Nazir müavini: "Bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələr bizim üçün yenidir"

Nazir müavini: "Bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələr bizim üçün yenidir"
# 18 iyun 2019 12:32 (UTC +04:00)

Xarici şirkətlərlə və beynəlxalq qurumlarla möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəsi Azərbaycanın bərpa olunan enerji və enerji səmərəliliyi ilə bağlı hədəflərə, ümumilikdə energetika sektorunda islahatların uğurla həyata keçirilməsinə kömək edəcək.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə Albaniyada keçirilmiş Beynəlxalq Enerji Xartiyası Forumu çərçivəsində Azərbaycanın Energetika nazirinin müavini Samir Vəliyev söyləyib.

Çıxışı zamanı S. Vəliyev energetika sektorunda islahatlar prosesinin bir hissəsi kimi bərpa olunan enerji və enerji səmərəliliyi sahələri üzrə həyata keçirilən kompleks tədbirlərdən də bəhs edib. Yaxın illərdə külək, günəş və bioenerji üzrə yeni enerji güclərinin istifadəyə verilməsi, bərpa olunan enerjinin ümumi enerji balansındakı həcminin artırılması, elektrik enerjisinin istehsalında şaxələnmənin təmin edilməsi və özəl investisiyanın cəlbi istiqamətində hazırlanan yeni qanun və qaydalar haqqında ətraflı məlumat verilib.

“Bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələr bizim üçün yenidir, amma xarici şirkətlərlə, beynəlxalq qurumlarla möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəmiz kifayət qədərdir. Bu təcrübə bərpa olunan enerji və enerji səmərəliliyi ilə bağlı hədəflərimizə, ümumilikdə energetika sektorunda islahatların uğurla həyata keçirilməsinə kömək edəcək”, deyə nazir müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR