Nazir müavini: Kəlbəcərdə külək enerjisi üzrə nüfuzlu şirkətdən qiymət təklifi gözləyirik

Nazir müavini: Kəlbəcərdə külək enerjisi üzrə nüfuzlu şirkətdən qiymət təklifi gözləyirik
# 10 mart 2023 17:42 (UTC +04:00)

Azərbaycanın Energetika Nazirliyi Kəlbəcərdə 180 meqavat külək enerjisi potensialına malik ərazilər üzrə dünyanın nüfuzlu şirkətindən qiymət təklifi gözləyir.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Onun sözlərinə görə, qeyd olunan ərazilər şirkət tərəfindən külək turbinlərinin quraşdıra biləcəyi və xəritədə ilkin mərhələdə müəyyənləşdirilən sahələrdir.

"Bu istiqamətdə işlər gedir. Onlardan qiymət təklifini gözləyirik", - nazir müavini vurğulayıb.

Şirkətin adını açıqlamasa da, Elnur Soltanov bu şirkətin Azərbaycanda artıq fəaliyyətdə olduğunu və müəyyən layihələr həyata keçirdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR