Nazir müavini: Yanacağın ixracının məhdudlaşdırılması aqrar sahəyə dəstək olacaq

Nazir müavini: Yanacağın ixracının məhdudlaşdırılması aqrar sahəyə dəstək olacaq
# 22 sentyabr 2023 10:02 (UTC +04:00)

Rusiyadan yanacağın ixracının məhdudlaşdırılması aqrar istehsalçıların tələbatını tam ödəməyə imkan yaradacaq.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib.

"Aqrar istehsalçıları xüsusilə əkin dövründə dizel yanacağının ən çox istehlakçılarından biridir. Bu tədbir aqrar istehsalçılarımızın tələbatını tam ödəməyə imkan yaradacaq" – Pavel Sorokin qeyd edib.

Cümə axşamı günü Rusiya hökuməti daxili bazarı sabitləşdirmək üçün benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyət qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR