Nazir: Qaz 2050-ci ildən sonra əsas enerji mənbəyi olacaq

Nazir: Qaz 2050-ci ildən sonra əsas enerji mənbəyi olacaq
# 25 sentyabr 2023 15:05 (UTC +04:00)

Təbii qaz uzunmüddətli perspektivdə və 2050-ci ildən sonra bir çox ölkədə əsas enerji mənbəyi olaraq qalacaq.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Qətərin energetika üzrə dövlət naziri Saad əl-Kaabi Tokioda Yaşıl Keçid Həftəsinin nazirlər toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aşağı karbonlu enerji sektoruna hər hansı balanslaşdırılmış keçid təbii qazın cari və gələcək enerji kompleksinə inteqrasiyasını tələb edir. Təbii qaz mühüm amil olaraq qalmağa davam edəcək və bir çox ölkələrdə 2050-ci ildən sonra bir çox ölkədə uzun illər əsas istehsal gücləri üçün enerji mənbəyi kimi istifadə ediləcək.

Nazir vurğulayıb ki, bərpa olunan enerji mənbələrindən istifadə zərurəti olsa da, bu, xüsusilə onların daimi olmadığı xarakterinə görə yeganə həll yolu deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR