Nazir: Qlobal neft bazarı balanslaşdırılmış vəziyyətdədir

Nazir: Qlobal neft bazarı balanslaşdırılmış vəziyyətdədir
# 01 iyun 2023 13:47 (UTC +04:00)

Hazırda qlobal neft bazarı balanslaşdırılmış vəziyyətdədir.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə qlobal neft bazarının balanslaşdırılmış vəziyyətdə olub-olmaması barədə suala cavab verərkən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

"Ümumiyyətlə, OPEC+-un kifayət qədər uzun müddət ərzindəki fəaliyyəti sayəsində o balanslaşdırılmışdır", - nazir qeyd edib.

Onun sözlərinə görə, bu tendensiya indi də davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR