Nazir: Türkiyə ərazisi ilə Balkan ölkələrinə qazın tranziti məsələsi öz həllini tapıb

Nazir: Türkiyə ərazisi ilə Balkan ölkələrinə qazın tranziti məsələsi öz həllini tapıb
# 03 fevral 2023 18:31 (UTC +04:00)

Türkiyə ərazisi ilə Balkan ölkələrinə qazın tranziti məsələsi öz həllini tapıb.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının yekunlarına dair mətbuat konfransı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, Türkiyə ərazisi ilə qazın nəqli ilə bağlı heç bir məsələ yoxdur. Hazırda Türkiyə üzərindən digər Avropa ölkələrinə və xüsusən Balkan ölkələrinə qazın çatdırılması üzrə hazırlıq işləri aparılır.

“Tranzitlə bağlı hər hansı xüsusi sənəd imzalanmasına ehtiyac yoxdur. Vaxtilə tranzit işləri ilə bağlı müvafiq sənədlər imzalanıb”, - Pərviz Şahbazov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR