Nazir: Türkiyə Qara dəniz qazını ixraca yönəldə bilər

Nazir: Türkiyə Qara dəniz qazını ixraca yönəldə bilər
# 08 noyabr 2022 14:35 (UTC +04:00)

Türkiyə və Rusiya milli valyutalarda, o cümlədən enerji sektorunda qarşılıqlı hesablaşmalar məsələsində konsensus əldə edib.

APA-Economics”xəbər verir ki, bu barədə “TRT Haber”ə müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

"Rusiya ilə ticarətimiz bir çox sahələrdə davam edir. Enerji, şübhəsiz ki, ən böyük xərc maddələrindən biridir, lakin bu, turizmə, qida məhsullarına da aiddir. Demək olar, 5-6 ildir ki, hər iki lider (Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin – red.) milli valyutalarla ticarət yolunu davam etdirmək niyyətlərini bildirdilər. Bu günə qədər, bu, prosesi daha da sürətləndirdi. Son görüşlərimiz zamanı Rusiya qazının rublla ödənilməsi haqqında razılıq əldə olundu. Bununla bağlı təbii ki, bəzi texniki işləri tamamlamaq lazımdır”, - nazir qeyd edib.

Eyni zamanda, Fatih Dönməz Türkiyə və Rusiya Federasiyasının bu mövzuda konsensusa gəldiyini və artıq ölkələr arasında milli valyutalarla qismən ticarətə başlanıldığını təsdiqləyib.

Nazir onu da əlavə edib ki, Türkiyə onun ərazisində qaz mərkəzinin açıldığı təqdirdə, Qara dənizdə hasil olunan təbii qazı ixrac etməyə başlaya bilər.

"Paylayıcı mərkəz Trakyada olacaq, çünki oradan bir çox boru kəmərləri gedir. Təbii ki, biz ixracatçı ölkə olmağa doğru gedirik. Qara dəniz qazı ilə əslində öz qazımızı sistemə daxil edəcəyik. Ehtiyacdan asılı olaraq hətta bu qazın ixracı məsələsi də gündəmə gələ bilər”, - deyə Fatih Dönməz vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR