Neft 2025-ci il üçün 20 dollar ucuzlaşa bilər - PROQNOZ

Neft 2025-ci il üçün 20 dollar ucuzlaşa bilər - PROQNOZ
# 01 noyabr 2022 10:48 (UTC +04:00)

Dünya Bankı 2022-2023-cü illər üçün "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu dəyişməyib.

Bu barədə “APA-Economics” Dünya Bankı əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, 2022-ci ildə “Brent” neftinin orta qiyməti 100 dollar təşkil edəcək, 2023-cü ildə isə 92 dollaradək enəcək.

Dünya Bankının mütəxəssisləri hesab edir ki, 2024-cü ildə “Brent” markalı neft daha da ucuzlaşacaq və onun orta qiyməti 80 dollar səviyyəsində qərarlaşacaq.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə “Brent”ın orta qiyməti 70,4 dollar, 2020-ci ildə isə 42,3 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR