Neft bazarında növbəti qiymət yarışı yarana bilər - PROQNOZ

Neft bazarında növbəti qiymət yarışı yarana bilər - PROQNOZ
# 11 avqust 2022 15:57 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) tədarükdə fasilələrin yaranması riskinin yüksək olması səbəbindən neft bazarında növbəti qiymət rallisini (ticarətin artımı və qiymətlərin sürətli yüksəlməsi) istisna etmir.

Bu barədə “APA-Economics”in IEA-ın aylıq hesabatına istinadən xəbər verir.

Agentlik xatırladır ki, “OPEC+”a (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) daxil olan ölkələr sentyabrda hasilatı gündə cəmi 100 min barel artırmaq qərarına gəlib ki, bu, daha çox simvolik addımdır. Alyans bunu ehtiyatla istifadə edilməli olan sərbəst istehsal gücünün məhdudluğu ilə izah edib.

Nəticədə, IEA hesab edir ki, yaxın aylarda “OPEC+”dan hasilatın əhəmiyyətli dərəcədə artması gözlənilmir.

Hesabata əsasən, 2022-ci ildə qlobal gündəlik neft hasilatı 4,8 mln. barel artaraq 100 milyon barelə, 2023-cü ildə isə 1,7 mln. barel artaraq rekord həddə - 101,7 mln. barelə çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR