Neft bazarında qiymət dəyişkənliyi nisbətən yüksək olacaq - PROQNOZ

Neft bazarında qiymət dəyişkənliyi nisbətən yüksək olacaq - PROQNOZ
# 28 fevral 2023 15:51 (UTC +04:00)

Rusiyanın neft şirkəti olan “Qazprom neft” 2023-cü ildə neftin qiymətinin bir barel üçün 80-110 ABŞ dolları diapazonunda olacağını gözləyir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəhbəri Dyukov bildirib.

"Volatillik (qiymət dəyişkənliyi – red.) nisbətən yüksək olacaq. Amma eyni zamanda, bu dəyişkənliklə işləməyə imkan verən bir sıra alətlər var. “OPEC+” bazarda volatilliyi azaltmağa imkan verən əsas mexanizmlərdən biridir. “OPEC+” effektiv şəkildə bu tapşırığın öhdəsindən gəlir”, - Aleksandr Dyukov qeyd edib.

Şirkət rəhbərinin sözlərinə görə, hazırda bazarda tarazlığı bir çox amillər müəyyən edir. Hər şey həmçinin bu il qlobal iqtisadiyyatda nə baş verəcəyindən, Çində koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasının təsirinin necə olacağından və bir çox başqa amillərdən asılı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR