"Neft Daşları"nda indiyədək 2 minə yaxın quyu qazılıb

"Neft Daşları"nda indiyədək 2 minə yaxın quyu qazılıb
  • Clock-gray 12:59
  • calendar-gray 05 Noyabr 2019

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Neft Daşları" yatağında indiyədək 2 minə yaxın quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib, yüz kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Neft Daşları"na təşkil edilmiş media-tur zamanı deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində "Neft Daşları" yatağından 176 mln. ton neft və 13,6 mlrd. kubmetrə yaxın təbii qaz hasil olunub.

Ümumilikdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi "Neft Daşları" və "Palçıq pilpiləsi" yataqlarından indiyədək 186 mln. ton neft və 14,3 mlrd. kubmetr qaz hasil olunub. Beləliklə, "Neft Daşları" NQÇİ istismarı dövründə ölkənin neft hasilatının 13%-ni birbaşa təmin edib, deyə İ. Əhmədov əlavə edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date