Neft Fondunun bu il neft-qazın satışından gəlirləri 2 dəfədən çox artıb

Neft Fondunun bu il neft-qazın satışından gəlirləri 2 dəfədən çox artıb
# 18 aprel 2022 18:49 (UTC +04:00)

2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 616,7 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 845,6 mln. manat, bonus ödənişləri 765,3 mln. manat, tranzit gəlirləri 5,8 mln. manat təşkil edib.

"APA-Economics"in fonda istinadən verdiyi məlumata görə, mənfəət neftinin və qazın satışından əldə olunan gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.

Qeyd edilən dövrdə ARDNF–nin 2022-ci il büdcəsinin Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnoza nisbətən təqribən 45% səviyyəsində icra edilib.

Qeyd edək ki, ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 660,8 mln. manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir 214,3 mln. manat təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Neft Fondunun büdcə gəlirləri 2 955,9 mln. manat, büdcə xərcləri isə 2 764,5 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR