Neft Fondunun gəlirləri və xərcləri azalacaq

Neft Fondunun gəlirləri və xərcləri azalacaq
# 28 noyabr 2022 16:34 (UTC +04:00)

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 8 990,9 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin müvafiq icra göstəricisindən 6 994,8 mln. manat və ya 43,8%, 2022-ci ilin proqnozundan 6 798,2 mln. manat və ya 43,1%, 2022-ci ilin gözlənilən icra göstəricisindən isə 6 137,7 mln. manat və ya 40,6% azdır.

"APA-Economics"in verdiyi xəbərə görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə rəy”ində əksini tapıb.

Məlumata görə, 2023-cü ildə Fondun xərclərinin 11 392,3 mln. manat olacağı nəzərdə tutulub ki, bu da 2021-ci ilin müvafiq icra göstəricisindən 9,7 mln. manat və ya 0,1% çox, 2022-ci ilin proqnoz göstəricisindən 204,8 mln. manat və ya 1,8% az, gözlənilən icra göstərcisindən isə 994,0 mln. manat və ya 9,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR