Neft Fondunun "Şahdəniz"dən gəlirləri 85%-dən çox artıb

Neft Fondunun "Şahdəniz"dən gəlirləri 85%-dən çox artıb
# 05 dekabr 2022 15:59 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 357 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 85,7% çoxdur.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.12.2022 tarixinə) 328 567 min dollar olub, bu da 18,1% artım deməkdir.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR