Neftin qlobal kommersiya ehtiyatlarının azalması davam edir

Neftin qlobal kommersiya ehtiyatlarının azalması davam edir
# 11 avqust 2022 13:42 (UTC +04:00)

Dünyada neftin kommersiya ehtiyatları bu ilin iyun ayında may ilə müqayisədə 5 mln. barel azalıb.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin kommersiya ehtiyatları iyunda may ayı ilə müqayisədə 6,2 mln. barel azalaraq 2 681 mln. barelədək enib, lakin, bu, beşillik orta göstəricidən 292,1 barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR