Novak neftin komfortlu qiymətini açıqlayıb

Novak neftin komfortlu qiymətini açıqlayıb
# 29 dekabr 2021 10:14 (UTC +04:00)

Gələn il neftin bir barelinin qiymətinin 65-80 ABŞ dolları diapazonunda olması Rusiya üçün komfortlu olacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak RBK-ya müsahibəsində bildirib.

"İndi neftin qiyməti təxminən 75 dollardır. Gələn il qiymətin 65-80 dollar olması bizim üçün komfortlu olacaq. Mən qəsdən belə geniş diapazonu götürürəm, çünki bazarda volatillik istisna edilmir. Prinsip etibarilə, 2021-ci ildə büdcəmiz 43,3 dollar səviyyəsində balanslaşdırılıb (neftin 1 barelinin qiyməti - red.), 2022-ci il üçün 44,2 dollar səviyyəsində götürülüb, sosial-iqtisadi inkişaf proqnozu isə daha yüksək qiymətləri nəzərdə tutur", - deyə Novak qeyd edib.

Onun sözlərinə görə, dünyada neftə olan gündəlik tələbatın ümumi həcmi 2022-ci ildə gündə təxminən 4 mln. barel, 2021-ci ildə isə 4,5-5 mln. barel artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR