Novak: "Rusiya neftinə qiymət həddinin tətbiq edilməsi böyük risklər daşıyır"

Novak: "Rusiya neftinə qiymət həddinin tətbiq edilməsi böyük risklər daşıyır"
# 29 noyabr 2022 12:36 (UTC +04:00)

Qərb ölkələrinin Rusiya neftinə qiymət həddini tətbiq etmək təşəbbüsü enerji resurslarının qıtlığı da daxil olmaqla böyük risklər daşıyır.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, son məhdudiyyətlər, qiymət həddinin qəbulu ilə bağlı qərarlar - bütün bu hərəkətlər sənayenin fəaliyyəti üçün böyük risklər yaradır, enerji resurslarının və sənayeyə investisiyaların çatışmazlığına təhrik edir.

Aleksandr Novak Qərbin enerji təchizatına qarşı sanksiyalarının düşünülməmiş olduğunu vurğulayıb və Rusiyanın daha sərfəli olduğu halda da, qiymət həddi şərtləri ilə ölkələrə neft tədarük etməyəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR