OECD ölkələrində neftin və neft məhsullarının ehtiyatları artır

OECD ölkələrində neftin və neft məhsullarının ehtiyatları artır
# 18 yanvar 2023 09:51 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları ötən ilin noyabrında oktyabr ayı ilə müqayisədə 2,7 mln. barel artıb.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, OECD ölkələrində neftin kommersiya ehtiyatları oktyabr ayının yekunlarına görə 2,768 mlrd. təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 mln. barel çoxdur, lakin bu, son beşillik ortalama göstəricidən 137 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 173 mln. barel azdır.

Belə ki, ötən ilin noyabrında OECD ölkələrində neft ehtiyatlarının həcmi 1,343 mlrd. barel, neft məhsullarının həcmi isə 1,425 mlrd. barel təşkil edib.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR