OECD ölkələrinin neft ehtiyatları 2004-cü ildən ən aşağı göstəriciyə enib

OECD ölkələrinin neft ehtiyatları 2004-cü ildən ən aşağı göstəriciyə enib
# 15 noyabr 2022 13:31 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft və neft məhsullarının ümumi ehtiyatları (o cümlədən kommersiya və dövlət ehtiyatları) 2004-cü ildən bəri ilk dəfə olaraq sentyabr ayında 4 mlrd. bareldən aşağı düşüb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) noyabr hesabatına istinadən xəbər verir.

“OECD ölkələrində neft ehtiyatları (sənaye və strateji ehtiyatlar) yanvar-sentyabr aylarında kəskin şəkildə 176,6 milyon barel azalaraq 2004-cü ildən bəri ilk dəfə olaraq 4 mlrd. bareldən aşağı düşüb”, - hesabatda bildirilir.

Bunun əksinə olaraq, OECD-nin kənarında neft ehtiyatları (xüsusən də Çində) 63,4 mln. barel artıb.

Bununla yanaşı, sentyabrda OECD ölkələrində neft və neft məhsullarının kommersiya ehtiyatları 8 milyon barel, dövlət ehtiyatları isə 37,4 milyon barel azalıb. Sentyabrın sonunda OECD ölkələrinin dövlət ehtiyatları 1 248 mln. barel təşkil edib, bu da son 26 ilin ən aşağı göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR