OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb

OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
# 13 sentyabr 2022 16:46 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici orta hesabla 800 min barel səviyyəsində olacaq.

Qeyd olunur ki, ötən ilin göstəricisi ilə müqayisədə 2022-ci ildə gündəlik hasilat üzrə artım tempi 24 min barel təşkil edəcək, bu da ötən proqnoz ilə müqayisədə 15 min barel azdır.

Proqnozun azaltdırması Azərbaycanda iyul ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əsaslandırılır.

Hesabata əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR