OPEC: Azərbaycanda neft hasilatı azalıb

OPEC: Azərbaycanda neft hasilatı azalıb
# 14 iyun 2019 15:11 (UTC +04:00)

Bu ilin fevral ayında Azərbaycanda gündəlik maye karbohidrogenlərin (neft və qaz kondensatı) hasilatı 0,11 mln. barel azalaraq 0,71 mln. barel təşkil edib.

APA-Economic”in məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iyun ayı üzrə dərc etdiyi hesabatında bildirilir.

Hesabata əsasən, apreldə ölkədə gündəlik neft hasilatı 0,1 mln. barel azalaraq 605 ton təşkil edib. Neft hasilatının azalması "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda yerləşən "Mərkəzi Azəri" platformanın planlaşdırılmış profilaktik işlərin aparılması üçün dayandırılması ilə əlaqədədir.

Xatırladaq ki, "Qərbi Çıraq" platformasında profilaktik işlərin aparılması ilə əlaqədar oktyabrın 15-də sözügedən platformanın da fəaliyyəti dayandırılacaq. Profilaktik işlər iki həftə davam edəcək.

OPEC-in məlumatına əsasən, bu il ərzində Azərbaycanda maye karbohidrogenlərin gündəlik istehsalı 0,80 mln. barel olacağı proqnozlaşdırılır, bu da 2018-ci ilin göstəricisinə uyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR