OPEC Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirməni azaldıb

OPEC Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirməni azaldıb
# 29 iyun 2022 13:01 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda təsdiq olunmuş təbii qaz ehtiyatları üzrə qiymətləndirilməni azaldıb.

"APA-Economics"in OPEC-in illik statistik bülleteninə istinadən verdiyi məlumata görə, 2021-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 1,917 trln. kubmetr təşkil edib ki, bu da 2020-ci ilin sonu ilə müqayisədə 12,86% azdır.

Qeyd edək ki, OPEC qiymətləndirilmələrinə görə, 2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,2 trln. kubmetr təşkil edib.

Bülletenə əsasən, ötən ilin nəticələrinə görə, dünyada təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2020-ci illə müqayisədə 0,5% azalaraq, 205,865 trilyon kubmetr təşkil edib.

Xatırladaq ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının böyük hissəsi Xəzər dənizində yerləşən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür. "Şahdəniz" layihəsi xarici şirkətlərlə birlikdə həyata keçirilir.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR