OPEC bu il üçün qeyri-OPEC ölkələrində karbohidrogenlərin hasilat proqnozunu azaldıb

OPEC bu il üçün qeyri-OPEC ölkələrində karbohidrogenlərin hasilat proqnozunu azaldıb
# 18 yanvar 2022 17:32 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi azaldıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, bu da əvvəlki proqnoza uyğundur.

Hesabata əsasən, 2022-ci ildə sözügedən göstəricinin 66,66 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (öncəki proqnoz – 66,67 mln. barel).

Beləliklə, 2022-ci ildə qeyri-OPEC ölkələri üzrə hasilat ötən ilin proqnoz göstəricisi ilə müqayisədə 3,02 mln. barel və ya 4,74% artacaq (ötən proqnoza uyğundur). 2021-ci ildə isə artım tempinin 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,68 mln. barel və ya 1,08% səviyyəsində olub (əvvəlki proqnoza bərabərdir).

Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,98 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR