OPEC-in neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirlər 77% artıb

OPEC-in neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirlər 77% artıb
# 28 iyun 2022 14:42 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) OPEC ölkələrinin 2021-ci ildə neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirlər 2020-ci illə müqayisədə 77% artaraq, 560,633 milyard dollara çatıb.

Bu barədə “APA-Economics” OPEC-in illik statistik bülleteninə istinadən xəbər verir.

Hesabata əsasən, ötən ilin nəticələrinə görə, yalnız OPEC ölkələrinin neft ixracı illik ifadədə 0,2% azalaraq, gündəlik 19,66 milyon barel təşkil edib. Bu göstərici üzrə azalma artıq beşinci ildir ki, müşahidə olunur.

Qeyd olunur ki, əvvəlki illərdə olduğu kimi, OPEC-ə üzv olan ölkələrdən neftin əsas həcmi – gündəlik 14,24 milyon barel və ya 72,4%-i Asiyaya ixrac edilib. İxrac edilən neftin həcminin əhəmiyyətli hissəsi – gündəlik təqribən 3,27 milyon bareli Avropaya ixrac edilib. 2020-ci ildə bu göstərici 3,13 milyon barel səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR