“OPEC+” neft bazarının sabitliyini təmin etməyə hazırdır

“OPEC+” neft bazarının sabitliyini təmin etməyə hazırdır
# 06 sentyabr 2022 14:27 (UTC +04:00)

Bir ildən artıq müddətdə ilk dəfə “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) olkələrinin neft hasilatının azaldılması qərarı alyansın qlobal xammal bazarlarını idarə etməkdə ciddi yanaşdığını və qabaqlayıcı tədbirlər görməyə hazır olduğunu göstərir.

APA-Economics” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman “Bloomberg”ə müsahibəsində bildirib.

"Bu qərar bizim dəstimizdəki bütün alətlərdən istifadə edəcəyimiz iradənin ifadəsidir", - nazir qeyd edib.

Onun sözlərinə görə, qeyd olunan qərar “OPEC+”un diqqətli olacağını və iştirakçılarının, bütövlükdə sənayenin xeyrinə neft bazarının sabitliyini və səmərəli fəaliyyətini dəstəkləmək üçün aktiv və qabaqlayıcı tədbirlər görməyə hazır olduğunu göstərir.

Xatırladaq ki, bu ilin 9 sentyabr tarixində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 32-ci iclasında alyans iştirakçıları gündəlik neft hasilatını sutkada 100 min barel azaltmaqla avqust ayı hasilat səviyyəsinə qayıtmağa razılaşıblar.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçısı olan ölkələrin avqust üzrə gündəlik xam neft kvotası 43 855 min barel təşkil edir ki, bu da ixtisarların aparıldığı 2018-ci ilin oktyabr ayındakı hasilat göstəricilərinə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR