OPEC ölkələri dekabrda "OPEC+" öhdəliklərini 167% yerinə yetirib

OPEC ölkələri dekabrda "OPEC+" öhdəliklərini 167% yerinə yetirib
# 18 yanvar 2023 09:56 (UTC +04:00)

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri ötən ilin dekabr ayında gündəlik neft istehsalını 91 min barel artıraraq (noyabr ayı ilə müqayisədə) 28,97 mln. barelə endirib.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 167% yerinə yetirib.

Hesabatda qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib.

Beləliklə, dekabr ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 2 127 min barel azaldıb, bu da "OPEC+" çərçivəsində olan öhdəliyi (1 273 min barel – red.) 854 min barel üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR