OPEC+ ölkələri gələn ilin hasilat səviyyəsi ilə bağlı razılığa gəliblər

OPEC+ ölkələri gələn ilin hasilat səviyyəsi ilə bağlı razılığa gəliblər
# 04 iyun 2023 21:12 (UTC +04:00)

OPEC+ ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsi ilə bağlı razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilib.

“OPEC-ə üzv və qeyri-üzv ölkələr üçün ümumi xam neft hasilatının səviyyəsi gələn ilin yanvarın 1-dən dekabrın 31-dək sutkada 40,46 milyon barelə çatdırılsın”, - deyə məlumatda bildirilir.

Ümumilikdə, hesablamalara görə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR