OPEC: Qışda enerji böhranı yarana bilər

OPEC: Qışda enerji böhranı yarana bilər
# 17 avqust 2022 15:15 (UTC +04:00)

Yaxın gələcəkdə böyük qlobal tənəzzülün baş verməsi ehtimalı azdır, lakin qışda enerji böhranı yarana bilər.

APA-Economics”in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi, Küveytin nümayəndəsi Heysəm əl-Qais bildirib.

Onun sözlərinə görə, OPEC həmişə bazar ehtiyaclarını ödəməyə çalışıb, lakin 5 sentyabr iclasında (OPEC+ razılaşması iştirakçıları nazirlərinin iclası – red.) hasilatın daha da artırılması ilə bağlı qərar verilib-verilməyəcəyini söyləmək hələ tezdir.

"Biz bir araya gəlib bazarın parametrlərinə yenidən baxmalıyıq, hər şey ondan asılıdır”, - deyə Heysəm Əl-Qais bildirib.

O qeyd etdi ki, İranın neft tədarükünün tədricən bərpası OPEC-in maraqlarına uyğundur və qlobal yanacaq bazarında tarazlığı pozmayacaq.

"Düşünürəm ki, İran neftinin hər barelinin tədricən qaytarılması İranın özünün, OPEC-in və bazar iştirakçılarının daha geniş dairəsinin maraqlarına uyğundur. Yəni bu tarazlığa təsir edə bilməyəcək", - Heysəm Əl-Qais əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR