OPEC qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb

OPEC qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb
# 18 yanvar 2023 09:22 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il qlobal gündəlik neft tələbatının 101,77 mln. barel səviyyəsində olacağı gözlənilir (proqnoz dəyişməyib). 2023-cü ildə neft tələbatının artım tempi 2,22 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 99,55 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,54 mln. barel təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR