OPEC qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib

OPEC qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib
# 18 yanvar 2022 17:07 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-2022-ci illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,65 mln. barel təşkil edib, bu da əvvəlki proqnoz göstəricidən 0,01 mln. barel çoxdur.

Beləliklə, cari ildə qlobal gündəlik neft tələbatının 96,63 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (öncəki proqnoza bərabərdir).

Qeyd olunur ki, cari il qlobal gündəlik neft tələbatının 100,79 mln. barel səviyyəsində olacağı gözlənilir (öncəki proqnoza bərabərdir). Belə ki, 2022-ci ildə neft tələbatının artımı tempi 4,15 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Hesabatda həmçinin qeyd olunur ki, 2020-ci ildə qlobal gündəlik neft tələbatı 90,79 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR