OPEC qlobal neft tələbatı üzrə yeni proqnozunu dəyişməyib

OPEC qlobal neft tələbatı üzrə yeni proqnozunu dəyişməyib
# 13 sentyabr 2022 17:21 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-2023-cü illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari ildə qlobal gündəlik neft tələbatının 100,03 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 3,1 mln. barel olacaq (əvvəlki proqnoz göstəricisinə uyğundur).

Hesabata əsasən, cari il qlobal gündəlik neft tələbatının 102,72 mln. barel səviyyəsində olacağı gözlənilir (proqnoz dəyişməyib). 2023-cü ildə neft tələbatının artım tempi 2,7 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR