OPEC+ sentyabrda neft hasilatının sutkada 100 min barel artırılmasını təsdiqləyib

OPEC+ sentyabrda neft hasilatının sutkada 100 min barel artırılmasını təsdiqləyib
# 03 avqust 2022 17:08 (UTC +04:00)

OPEC+ ölkələri çərşənbə günü keçirilən iclasdan sonra alyansın sentyabr ayında neft hasilatının sutkada 100 min barel artırılmasını təsdiqləyib.

APA-Economics” xəbər verir ki, bu barədə “RİA Novosti”yə nümayəndə heyətlərindən birindəki mənbə bildirib.
“Sentyabrda hasilatın 100 min artırılması ilə bağlı razılıq əldə olunub”, - mənbə bildirib.

OPEC+ 2020-ci ilin may ayında koronavirus pandemiyasının yaratdığı neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 milyon barel azaltdı. Sonra müqavilənin şərtlərinə dəfələrlə düzəlişlər edildi. Belə ki, 2021-ci ilin avqust ayından etibarən alyans hasilatı hər ay gündəlik 400 min barel, bu ilin may-iyun aylarında gündəlik 432 min barel artırıb, iyul-avqust aylarında isə hasilatı 648 min barel artırmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR